“Noyabrın 21-dən 22-nə keçən gecə Rusiyanın Rumıniya ilə çay sərhədi yaxınlığında həyata keçirdiyi hücumlar kontekstində Rumıniya-Ukrayna sərhədində hava vəziyyətini izləmək üçün 86-cı aviabazada iki “F-16 Fighting Falcon” döyüş təyyarəsi səmaya qaldırılb”, - xəbərdə deyilir.
Məlumatda bildirilir ki, saat 01:33-də İzmail bölgəsində artan hücumlar və dronların aşkarlanmasından sonra Tulcea qraflığının şimal hissəsi üçün Ro-xəbərdarlığı verilib.
Rumıniya hava məkanına heç bir dron müdaxiləsi aşkarlanmayı və “F-16” döyüş qırıcıları səhər saat 03:42-də Borçadakı 86-cı aviabazaya qayıdıblar.
- Biz müttəfiqlərimizlə daimi təmasdayıq, real vaxt rejimində əməliyyat məlumatı mübadiləsi aparırıq. Rumıniyanın və NATO-nun şərq cinahının təhlükəsizliyinin təminatı üçün qətiyyətlə hərəkət edirik”, - Rumıniya Müdafiə nazirliyi vurğulayıb.
Bundan əvvəl bildirilmişdi ki, rusların noyabrın 19-da Ukraynaya gecə hü
cumu zamanı bir PUA Rumıniya hava məkanına 8 km müdaxilə edib.
Ukraynanın Dövlət Gömrük Xidmətinin Telegram-kanalına istinad edən “RBK-Ukrayna” telekanalının məlumatına görə, bundan sonra Rumıniya ilə sərhəddəki Orlovka keçid məntəqəsinin işinin müvəqqəti müvəqqəti bağlandığını açıqlamışdı.
- Noyabrın 22-nə keçən gecə dronların hücumu Orlovka bərə kompleksinin infrastrukturuna ziyan vurub. Bu səbəbdən beynəlxalq keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb”, - məlumatda vurğulanır.
— Newsfeed (@Newsfeed883920) November 22, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


